Ekvadorda  3 günlük milli matəm elan edildibackend

Ekvadorda 3 günlük milli matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun silahlı hücum nəticəsində həlak olması ilə bağlı üç günlük milli matəm elan edilib.

NOCOMMENT.az xəbər verir ki, Ekvador prezidenti Guillermo Lasso, hücumdan sonra verdiyi açıqlamada, sözügedən hadisənin cəzasız qalmayacağını bildirib.

Lasso sui-qəsdin arxasında mütəşəkkil cinayət dəstələrinin olduğuna diqqət çəkib.

“Mütəşəkkil cinayətkar dəstələr həddindən artıq irəli gediblər. Amma qanunun bütün ağırlığı onların üzərində olacaq”.

Qeyd edək ki, evli və beş övladı olan 59 yaşlı Villavicencio seçkilərdə səkkiz namizəddən biri olub. Korrupsiyaya və dəstələrə qarşı mövqeyi ilə tanınan Villavicencio keçən həftə onun və komandasının narkotik alveri ilə əlaqəli bir dəstə lideri tərəfindən təhdid edildiyini açıqlamışdı.

NOCOMMENT.AZ