23 yaşlı “Gözəllik kraliçası” qətlə yetirildi – ANBAAN VİDEObackend

23 yaşlı “Gözəllik kraliçası” qətlə yetirildi – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda 23 yaşlı “Gözəllik kraliçası” Landy Parraqa Los Rios əyalətində getdiyi məkanda silahlı hücuma məruz qalıb.

NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, bədəninə çoxlu güllə dəyən Landy hadisə yerində dünyasını dəyişib.

Qan donduran qətldən sonra Ekvador Prokurorluğunun rəsmiləri dəlil toplamaq və sui-qəsdin arxasında duranları tapmaq üçün araşdırmalara başlayıb. Çoxsaylı həbslərə səbəb olan mütəşəkkil cinayət strukturunun istintaqı davam edən “Metastaz” davasında gözəllik kraliçasının adının hallandığı məlum olub.

Qeyd edək ki, o, 2022-ci ildə gözəllik müsabiqəsində Los Rios əyalətini təmsil edib və “Miss Ekvador” yarışmasının qalibi olub.