Əlcəzair Mərakeş üçün hava məkanını açdıbackend

Əlcəzair Mərakeş üçün hava məkanını açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzair Mərakeşdəki zəlzələdən sonra hava məkanını yardım və yaralıları daşıyan təyyarələrə açdığını açıqlayıb. Əlcəzair bəyan edib ki, Mərakeş Krallığı humanitar yardım tələb edərsə, yardım göstərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, Əlcəzair, 2021-ci ildən bəri bağlı olan hava məkanının Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən sonra yardım və yaralıları daşıyan təyyarələrə açıldığını açıqlayıb.

Əlcəzair rəhbərliyindən verilən açıqlamada, “Əlcəzairin yüksək səviyyəli səlahiyyətliləri, humanitar yardım və yaralıların Mərakeşə daşınması üçün ölkənin hava sahəsini uçuşlara açmağa qərar verdi”. Ifadələri yer alıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Əlcəzair “Mərakeş Krallığının müraciəti əsasında humanitar yardım göstərməyə və qardaş Mərakeş xalqı ilə həmrəylik üçün bütün maddi və humanitar vasitələrdən istifadə etməyə tam hazırdır”.