Elçin Sadıqov barəsində intizam icraatı başladıbackend

Elçin Sadıqov barəsində intizam icraatı başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası tərəfindən intizam icraatı başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Elçin Sadıqov özü məlumat yayıb.

Vəkil onunla bağlı jurnalist Eynulla Fətullayevin şikayət etdiyini bildirib.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından “Qafqazinfo”ya bildirilib ki, intizam icraatının başlanması üçün əsas E. Fətullayevin müraciəti və E. Sadıqovun özünün publik qaydada verdiyi açıqlama olub.

Qeyd edək ki, ötən ilin sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, sonradan ev dustaqlığına buraxılıb, cinayət işi ayrıca icraata götürülüb.

E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.