Faciəvi şəkildə ölən vəkilin atası hər şeyi danışdı – VİDEObackend

Faciəvi şəkildə ölən vəkilin atası hər şeyi danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb. Hadisə dünən saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) qeydə alınıb. Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.

NOCOMMENT.az xəbər verir ki, Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.

O qeyd edib ki, oğlunun intiharına səbəb müstəntiqə verdiyi pulu geri ala bilməməsi olub:

“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.

Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:

“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.

Ətraflı videonu təqdim edirik: