Eldar Həsənova görə məhkəməyə müraciət edildibackend

Eldar Həsənova görə məhkəməyə müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

NOCOMMENT xəbər verir ki, vəkil Adil İsmayılovun vəsatətinə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.