Eldar Həsənovun apelyasiya şikayəti təmin edilmədibackend

Eldar Həsənovun apelyasiya şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayətinə baxılıb.

NOCOMMENT-in məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apelyasiya şikayəti E.Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov qətimkan ilə əvəz edilməməsilə bağlı vəsatətin təmin edilməməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilib.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.