Elektrikli avtomobil dünyada ən çox satılan minik avtomobili ola bilərbackend

Elektrikli avtomobil dünyada ən çox satılan minik avtomobili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixdə ilk dəfə olaraq 2023-cü ilin sonuna qədər elektrik avtomobili dünyada ən çox satılan minik avtomobili ola bilər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Cleantechnica” nəşri analitik Troy Treslikə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu il Tesla “Model Y” elektrik krossoverinin qlobal satışları təxminən 1,2 milyon ədəd təşkil edəcək ki, bu da onun ən yaxın rəqibi “Toyota Corolla”dan 13% çoxdur.

Ekspert qeyd edib ki, hələlik söhbət yalnız proqnozdan gedir. Bununla belə, Tesla modeli 2023-cü ilin doqquz ayı ərzində satılan ədədlərin sayına görə artıq “Toyota Corolla”nı qabaqlayır.