Mask xəbərdarlıq etdi – Dollar dəyərdən düşə bilərbackend

Mask xəbərdarlıq etdi – Dollar dəyərdən düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərdən düşəcək.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında bildirib.

“Biz milli borcumuzla bağlı nə isə etməliyik, əks halda dollar dəyərdən düşəcək”, – deyə Mask yazıb.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar da bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.