Əli İnsanov onların yanında uğursuz görünürdü – Deputatbackend

Əli İnsanov onların yanında uğursuz görünürdü – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq nazir, Heydər Əliyevçi və YAP üçün xeyli əməyi olan Əli İnsanovun hazırkı hakimiyyətin siyasi kursunu dəstəkləməsini bəyan etməsi mənim üçün sürpriz oldu. O, indi daha səmimi və dürüst təsir bağışladı. Onun videoçıxışına sona kimi baxdım, Əli İnsanov indi özü idi, tam özü. O kəs ki bacardığı işi edir, mütləq nəticə qazana bilir və hətta haqqında mənfi rəydə olanların belə fikrini dəyişə bilir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O, sabiq nazirə hörmətinin bərpa olunduğunu qeyd edib:

“O həbsdən çıxan zaman vaxtılə ən sərt tənqid etdiyi şəxslərin yanında dayananda, əksəriyyət o səmimiyyətə inanmamışdı. Mən də inana bilməzdim və o zaman əxlaqdan kənara çıxmadan sərt tənqid etmişdim. Əlavə olaraq, 30 il beş addım önə gedib, on addım geri çəkilən siyasətçilərin yanında uğursuz və nəticəsiz görünürdü. Əli İnsanovun onların yanında olmasından özü yox, onlar siyasi dividend qazanırdılar. Öz sıralarında yeni nəfəslik, yenilik və gələcəyə ümid görürdülər.

Bu ümid isə Qərbi Azərbaycanlıların dəstəyini qazanmaq, onların maliyyə resurslarına çıxış imkanları idi. Amma, onlar da yaxına gəlmədi, gələnlər isə kiçik bir təzyiqdən qaçıb dağılışdılar. Çünki,bu meydan onlar üçün deyildi, 30 il ərzində tapdalanmaqdan palçığa dönən o meydana düşən gərəkdir ki, ayaqqabısını o palçıqdan qopara bilməyib yalın ayaqla qaçıb oradan uzaqlaşsın”.

R.Nurullayev iddia edib ki, bu gün ölkəmizdə ideologiya üzərində qurulan partiya yoxdur:

“Bu boşluğu şəxsiyyət üzərində qurulan proses ört-basdır edə bilir. Əli İnsanov da bu yolu seçdi, çünki başqa cür siyasi meydanda qalmaq və nəticə əldə etmək mümkün deyil. O seçimini – ideoloji xəttini Heydər Əliyev şəxsiyyəti və Prezident İlham Əliyevin siyasi kursu üzərində qurdu. Çünki onları tanıyır, onlarla bir olub, onlarla ağrılı-acılı və xöşbəxt günləri bölüşüb.

Hər kəs seçimində azaddır. İnsanı seçiminə görə tənqid və təhqir etməzlər. Əli İnsanov da doğru bildiyi seçimini edib. Hər kəsin seçiminə hörmətlə yanaşmaq vacibdir”.
Bakupost