Əlillik təyinatı zamanı “Forma 88″in verilməsi üçün hansı əsaslar olmalıdır?backend

Əlillik təyinatı zamanı “Forma 88″in verilməsi üçün hansı əsaslar olmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxana “Forma 88″in Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə yüklənilməsindən imtina edə bilərmi?

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, bəli, mövcud qaydalara əsasən göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci il tarixli 15 nömrəli, Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktının verilməsinə dair forması müəyyən edilmişdir.

Bəs “Forma 88″in Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə göndərişin verilməsi qaydası varmı?

Bəli, “Forma-88” yüklənilməsi üçün əsaslar olmalıdır. Bu məsələ də Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə tənzimlənir.

Göndəriş verilməsi üçün əsas aşağıdakılardır:

1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması.

2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu xəstəliklərdə 6 ay və ya son 12 ay müddət gözlənilmədən verilir).

3. əlillik müddətinin bitməsindən sonra şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması və şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması bu qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi.

4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi.

5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

Yuxarıda nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Həkim Məsləhət Komissiyası tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qərar qəbul edilir. Vətəndaş göndərişin (“Forma 88″in) verilməsindən imtina edilməsi barədə qərardan İnzibati icraat haqqında qanuna və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

Qeyd: Əgər vətəndaşın xəstəliyi əlillik dərəcəsinin verilməsinə əsas verirsə bu zaman Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Elektron hökumət portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminə ötürülməsini təmin edir və Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildiyi barədə vətəndaşa yazılı və ya elektron cavab verilməlidir.