Əllərin titrəməsinin səbəbləribackend

Əllərin titrəməsinin səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən bir xəstəlik səbəbiylə inkişaf edən əl titrəməsi bəzi hallarda isə həyəcan və stress səbəbiylə də inkişaf edə bilər. Həyat keyfiyyətlərinə mənfi təsir göstərən bu vəziyyəti yaşayanlar ‘Əl titrəyişinin səbəbləri nələrdir? Tremor problemi ilə hansı şöbəyə müraciət edilməlidir? Əl tremorunun qarşısını necə almaq olar? Əl titrəməsinin dərmanı varmı?’ suallarına cavab axtarır.

NOCOMMENT xəbər verir ki, əllərin titrəməsi ciddi nevroloji xəstəliklərin ilk əlaməti ola bilər.

Buna görə də təkcə əllərdə deyil, qollarda, başda, ayaqlarda və səs tellərində də görünə bilər. Bəzən güclü stress altında və ya qalxanabənzər vəz hormonunun artması səbəbindən baş verə bilən əllərdə titrəmə, Parkinson kimi çox daha ciddi nevroloji problemləri də göstərə bilər.

Bəs əl titrəməsinin qarşısını almağın yolları hansılardır?

Nevroloq Dr. Cem Ortaçbayram vurğulayır ki, harada və necə baş verməsindən asılı olmayaraq, tremoru olan bir şəxs müşayiət olunan xəstəliklər baxımından qiymətləndirilmək üçün nevroloqa müraciət etməlidir. Şikayətin şiddətindən və əsas vəziyyətdən asılı olaraq, bəzən sadəcə istifadə olunan dərmanın dozasını tənzimləməklə bu sıxıntıya son qoymaq olar. Əsas tremor və fizioloji tremor kofein qəbulu, stress, sıxıntı və fiziki yorğunluqla artdığından, onlardan qaçınmaq əl tremorunu azalda bilər. Dr. Cem Ortaçbayram bəzən çox əhəmiyyətli bir xəstəliyin ilk və yeganə əlaməti olan titrəmə diaqnozunun həyati əhəmiyyətinə diqqət çəkir.