Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin kartriclərin doldurulması ilə bağlı keçirdiyi satınalma prosesi ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin dayandırılmasına səbəb tələblərə uyğun təchizatçı sayının üçdən az olmasıdır.
Qeyd olunur ki, qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak etmək üçün həm təklifini, həm də təklifin təminatını təqdim edən, eləcə də tələb olunan lisenziyaya malik təchizatçıların sayı üçdən az olduqda satınalma proseduru ləğv edilməlidir.
Kartriclərin doldurulması üzrə elan olunmuş satınalmanın ehtimal olunan dəyəri 2.027 AZN təşkil edirdi.













