Əminə Ərdoğan Litvada liderlərin həyat yoldaşları ilə görüşübbackend

Əminə Ərdoğan Litvada liderlərin həyat yoldaşları ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan prezidentlərin rəsmi həyat yoldaşları proqramı çərçivəsində Litva Milli İncəsənət Muzeyini ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Toplantısına qatılan prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edən birinci xanım Əminə Ərdoğan proqram çərçivəsində liderlərin həyat yoldaşları ilə birlikdə muzeyi gəzib.

Əminə Ərdoğanın qatıldığı muzey ziyarətində Litva prezidentinin həyat yoldaşı Diana Nausediene və NATO-nun baş katibi İnqrid Şulerudun həyat yoldaşı da iştirak edib.

“Litva müasir rəqsinin memarlıq və video sənəti ilə sinerjisi haqqında” qısa videoçarxların nümayiş olunduğu səfər zamanı Litva Milli İncəsənət Muzeyinin baş direktoru Arunas Gelunasın təqdimatı olub.

Proqram çərçivəsində musiqi konserti də təqdim olunub.

NOCOMMENT.AZ