NATO Ukraynadan üz döndərir? – Sammitə dəvət edilməyəcəkbackend

NATO Ukraynadan üz döndərir? – Sammitə dəvət edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Vaşinqton NATO-nun yay sammiti zamanı Ukraynanı alyansa üzv olmaq üçün dəvət etməyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

Bildirib ki, Alyans ötən il Vilnüsdə keçirilən sammit zamanı Ukraynanı öz sıralarında qəbul etməyə hazır deyildi və eyni mövqe indi də davam edir. NATO müttəfiqləri üzvlük yolunda Ukraynaya konkret plan təklif edəcəklər.

Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün “dönməz bir yoldadır”. Eyni zamanda o qeyd edib ki, Alyansa üzv ölkələr iyulda Vaşinqtonda keçiriləcək sammitə qədər Ukrayna dövlətinin üzvlük məsələsində razılığa gələ bilməyəcəklər.