Emmanuel Makron: “Rusiya raketlərinin uçuş məsafəsi Avropanı risk altında qoyur”backend

Emmanuel Makron: “Rusiya raketlərinin uçuş məsafəsi Avropanı risk altında qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya raketlərinin gücü və uçuş məsafəsi Avropanı risk altında qoyur.

NOCOMMENT.az xəbər verir ki, o, bu fikri “La Tribune” nəşrinə müsahibəsində bildirib.

“Rusiya qalib gəlsə, növbəti saniyədə nə Rumıniyada, nə Polşada, nə də bizdə təhlükəsizlik olmayacaq. Rusiya ballistik raketlərinin mənzili hamımızı risk altında qoyur”, – Makron bildirib.

Bundan əvvəl Makron Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi barədə danışdıqdan sonra “strateji qeyri-müəyyənlik” yaratmaq üçün tam məsuliyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Moskva ilə Kiyev arasındakı münaqişəni “Avropanın təhlükəsizliyinə əsas təhdid” adlandıraraq, Ukraynanı dəstəkləməyə davam etməlidir. Fransa Prezidenti Rusiyanın münaqişədə məğlub olmasını da “mütləq zərurət” adlandırıb.