Ən çox nifrət edilən futbolçularbackend

Ən çox nifrət edilən futbolçular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüfuzlu “FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən insanların reytinqini dərc edib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, reytinqə “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coui Barton başçılıq edir. Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkəti etdiyi bildirilib. İkinci yerdə FIFA-nın keçmiş prezidenti Yozef Blatterdir, onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı yaşanıb. İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.

Qeyd edək ki, ilk 10-luğa, həmçinin Kriştianu Ronaldu (7), Luis Suares (8) və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo (10) daxil olublar.

“FourFourTwo”ya görə futbolda ən çox nifrət edilən 10 insanı təqdim edirik:

1. Coui Barton;

2. Yozef Blatter;

3. Harald Şumaxer;

4. Mişel Platini;

5. Əl-Hacı Diouf;

6. Con Terri;

7. Kriştianu Ronaldu;

8. Luis Suares;

9. Pit Vinkelman;

10. Joze Mourinyo.