Ən qəzəbli ölkələr – Ermənistan dünyada üçüncüdürbackend

Ən qəzəbli ölkələr – Ermənistan dünyada üçüncüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gallup İnternational” təşkilatının 100 ölkədə apardığı sorğular əsasında dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı hazırlanıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub. Belə ki, bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər.

Ermənistan ən qəzəbli ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə qarşı qəzəblidir.

Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Siyerra-Leone də yer alıb.