Ər arvadını tüfənglə VURDUbackend

Ər arvadını tüfənglə VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda qadın əri tərəfindən güllələnib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı – 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.