Ərazilərin Rusiyaya ilhaqı məsələsi ciddiləşir – Lavrovdan mesajbackend

Ərazilərin Rusiyaya ilhaqı məsələsi ciddiləşir – Lavrovdan mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırkı vəziyyət donbaslıların öz taleyinin sahibi olmaq istədiyini təsdiqləyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Xüsusi hərbi əməliyyatın əvvəlindən, ümumiyyətlə, ondan əvvəlki dövrdən deyirik ki, öz taleyini müvafiq ərazilərin xalqları həll etməlidir. Bugünkü vəziyyət onların öz taleyinin sahibi olmaq istədiklərini təsdiqləyir”, – XİN rəhbəri Donbasdakı tanınmamış respublikalarda Rusiyaya birləşməyə dair “referendum” keçirilməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

Bundan əvvəl Donetsk və Luqanskdakı tanınmamış respublikalar bəyanat verərək, Rusiyaya birləşməyə dair “referendum” keçirəcəklərini bildiriblər. Eyni “referendum”un Ukraynanın başqa bir bölgəsində – rus ordusunun nəzarətindəki Xersonda keçiriləcəyi də bildirilib.
Teleqraf