Ərdoğan: Türkiyə daxilində terror təşkilatı qalmayıbbackend

Ərdoğan: Türkiyə daxilində terror təşkilatı qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terror təşkilatı qalmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.

“Türkiyə bütün çətinliklərə rəğmən, hər qarışı şəhid qanı ilə sulanan bu cənnət torpağı imperialistlərə, işğalçılara, satqınlara, terrorçulara təslim etmədi. Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyini də qeyd edib.