Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ilə münasibətlər barədə açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan dünyada baş verən dəyişikliklər fonunda Avropa İttifaqının dar maraqlara bağlı qalmasının gələcək üçün təhlükəli olduğunu bildirib.
O qeyd edib ki, dünya sürətlə dəyişir və Avropa İttifaqı nə qədər müddət dar çərçivəli maraqların girovu olaraq qala biləcəyini düşünməlidir. Prezidentin sözlərinə görə, Türkiyənin Aİ-yə inteqrasiyası yolunda mövcud olan ideoloji maneələrin aradan qaldırılması Avropanın özünü daha da gücləndirəcək.
“Türkiyəni kənarda qoyan münasibətlər qlobal reallıqları görməzdən gəlir”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, Avropa təhlükəsizlik, iqtisadiyyat və beynəlxalq siyasətdə daha güclü mövqe əldə etmək istəyirsə, Ankara ilə əməkdaşlığa xüsusi önəm verməli və mövcud stereotiplərdən imtina etməlidir.
Sara
NOCOMMENT.az













