Ərdoğan uzun müddətdən sonra İraqa səfər edəcəkbackend

Ərdoğan uzun müddətdən sonra İraqa səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra bu gün İraqa səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilib ki, səfər zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq. Bağdad və Ərbildə aparılan danışıqlarda İraq Kürdüstanında terrorizmlə mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi ətrafında fikir mübadiləsi aparılacaq. İraqın şimalında 30-40 kilometr dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Xakurk, Metin, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə ediləcək.

Yerli mətbuatın yazdığına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında böyük sərhəd əməliyyatı keçirə bilər.