Ərdoğan: Zelenski və Putin arasında görüşün təşkilinə ümid edirəmbackend

Ərdoğan: Zelenski və Putin arasında görüşün təşkilinə ümid edirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkilinə ümid edirəm”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-nin PBS televiziyasına müsahibəsində bildirib.

Ərdoğan Rusiya və Ukrayna kontekstində balanslaşdırılmış siyasət apardığını və hər iki tərəfi dinlədiyini qeyd edib:

“Ona görə də bu liderləri bir araya gətirmək üçün güclü istəyimiz var. Gəlin onları bir araya gətirək. Mən hər şeyi onlardan eşitmək istəyirəm. İndiyədək uğur qazana bilməmişik, amma ümidsiz deyiləm”, – deyə Türkiyə lideri vurğulayıb.