Erməni bloger: Azərbaycandan üzr istəyin!backend

Erməni bloger: Azərbaycandan üzr istəyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan erməni bloger İşxan Verdiyan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə Ermənistan hökumətini üzr istəməyə çağırıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bloger bu barədə sosial şəbəkə hesabında yazıb.

“Məsul dövlət qurumları dünən baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəməyənə qədər bütün dünya, eləcə də mən belə qəbul edəcəyik ki, bu təxribatı hökumət özü törədib”, – deyə İşxan Verdiyan bildirib.

Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.