“Heç bir ölkə Ermənistan üçün bizim qədər səy göstərmir” – Fransalı nazirbackend

“Heç bir ölkə Ermənistan üçün bizim qədər səy göstərmir” – Fransalı nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç bir ölkə Ermənistan üçün ədalətli sülh əldə etmək üçün Fransa qədər səy göstərmir.

NOCOMMENT.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı fransalı Avropa Parlamentinin deputatının ölkənin Ermənistana hansı yardımı göstərməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Biz qonşusu Azərbaycan ilə ədalətli sülh əldə etmək üçün Ermənistanın yanındayıq. Heç bir ölkə bu məsələdə iki ölkəyə bizim qədər dəstək vermir. Biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq. Bunu Prezident Emmanuel Makronun Ermənistan üçün göstərdiyi səylər sübut edir” – Kolonna bildirib.

Bu kontekstdə o, Fransa prezidentinin fəal vasitəçiliyi ilə Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında təşkil olunmuş beştərəfli görüşü xatırladıb. O, həmçinin iyulun 21-də Brüsseldə baş tutacaq zirvə görüşü barədə məlumat verib və Fransanın bu məsələdə “sıx koordinasiyada” olduğu ABŞ tərəfdaşlarının fəal iştirakını qeyd edib.

“Biz həm də yerlərdə gərginliyin azaldılmasına gəldikdə Ermənistanı dəstəkləyirik. Nəzərinizə çatdırım ki, aprel ayında mən şəxsən regiona Ermənistan və Azərbaycan liderlərinə sülh sazişinin əldə edilməsinə kömək etmək üçün getmişdim”, – Kolonna bildirib.

Gərginliyin azaldılması vasitəsi kimi Kolonna Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyasını qeyd edib ki, onun sözlərinə görə, bu, əsasən Fransanın səyləri ilə yaradılıb və “eskalasiya üçün çox əlverişlidir”.

Bundan əlavə, nazir vurğulayıb ki, iyunun 1-də Kişinyovda müzakirə edilən bir sıra humanitar məsələlər, eləcə də Laçın “dəhlizi”nin “qeyri-qanuni” şəkildə bağlanması ilə bağlı yardım göstərilməsi baxımından “Fransa Ermənistanın yanındadır”.

“Bu, qeyri-qanunidir, çünki bu ilin fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi belə qərar çıxarıb. Gördüyünüz kimi, biz Ermənistana və ermənilərə yaxınıq”, – Kolonna çıxışının sonunda vurğulayıb.