Erməni deputatdan etiraf –  Azərbaycan güclüdürbackend

Erməni deputatdan etiraf – Azərbaycan güclüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-6-da Birmingemdə keçirilən ATƏT-in 29-cu Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyəti qətnamələrə Ermənistan və ya Qarabağla bağlı əlavələri daxil edə bilməyib.

NOCOMMENT.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə assambleyanın işində iştirak edən “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, sənədə hətta məhbusların qaytarılması, köçkünlərin problemləri, mədəni irsin qorunması ilə bağlı humanitar məsələlər də daxil edilməyib.

O qeyd edib ki, nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə yönəlib və bütün qətnamələr Rusiyanı pisləməyə, eləcə də siyasi və iqtisadi sanksiyaların sərtləşdirilməsinə yönəlib.

“Çıxışlarımda münaqişənin ATƏT-in Minsk qrupu formatı çərçivəsində həllinin qaçılmaz olduğunu vurğuladım, Ermənistanın ərazi bütövlüyünün pozulmasını xatırladım, Qarabağda mümkün etnik təmizləmənin qarşısının alınmasının, məhbusların azad edilməsinin vacibliyini qeyd etdim, məsələ qaldırdım. Lakin Azərbaycan tərəfi bildirdi ki, münaqişə həll olunub və İrəvan, Bakı və Şarl Mişel hər şeydə razılığa gəliblər”, – deputat qeyd edib.

L.Qalstyan əlavə edib ki, o, ilk dəfədir ki, belə ciddi beynəlxalq platformada belə təcrid və Ermənistanın mövqeyinin anlaşılmazlığı ilə üzləşib. Onun sözlərinə görə, bu, hakimiyyətin “ermənilərin milli maraqlarının üstündən xətt çəkən” “sülh gündəmi” nəticəsində baş verib.