Erməni ekspertlər noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masaya qatılmaq məqsədilə sabah Azərbaycan paytaxtına gələcəklər.
NOCOMMENT.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, bu gün Ermənistan hökuməti beş erməni ekspertin Bakıdakı iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.
Qərarda deyilir ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki dövlətin cəmiyyətləri arasında etimadı gücləndirmək üçün mexanizmlər yaradacaq.
Xatırladaq ki, oktyabrın 21-22-də azərbaycanlı ekspertlər İrəvan şəhərində keçirilən tədbirdə iştirak etmişdilər, çünki Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında qarşılıqlı fəaliyyətin çərçivəsini müəyyənləşdirib.
Xatirə SADİQ












