Erməni əsgərlər fərarilik etmək istəyiblər, iğtişaşlar baş veribbackend

Erməni əsgərlər fərarilik etmək istəyiblər, iğtişaşlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı hərbi hissələrdən birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən sonra geri qayıtmaq istəməməsi insidentə səbəb olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dünən bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb. Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.

Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.

Müdafiə Nazirliyi baş verənləri pisləməklə yanaşı, vətəndaşları silahlı qüvvələrin döyüş effektivliyini təhdid edən və müharibədən sonrakı dövrdə döyüş tapşırıqlarının icrasına mane olan bu cür hərəkətlərdən çəkinməyə çağırır.