Erməni hərbçilərinin meyitlərinin tanınması prosesi başlanılıbbackend

Erməni hərbçilərinin meyitlərinin tanınması prosesi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İstintaq Komitəsi ölkənin suverenliyinə qarşı Azərbaycanın qondarma təcavüzü faktı ilə bağlı cinayət işi açıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, İstintaq Komitəsi Azərbaycan tərəfindən təhvil verilmiş həlak olan hərbçilərin cəsədlərinin ekspertizası üçün lazımi prosedurlara başlayıb. Bu barədə qurumun mətbuat katibi Qor Abramyan sosial şəbəkələrdə məlumat verib.

Abramyanın qeyd etdiyi kimi, sentyabrın 13-14-də Azərbaycanın Ermənistana təcavüzü faktı ilə bağlı İstintaq Komitəsində artıq cinayət işi başlanıb. İstintaq çərçivəsində meyitlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi davam etdirilir. Məhkəmə-tibbi və məhkəmə genetik ekspertizaları təyin edilib.

Həmçinin zəruri istintaq və məhkəmə prosesləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 28-də Bakı sentyabrın 13-14-də Azərbaycan-Ermənistan sərhədindəki təxribat zamanı həlak olan 13 əsgərin meyitini İrəvana təhvil verib.