Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılırbackend

Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İqtisadiyyat Nazirliyində və bir sıra vəzifəli şəxslərin evlərində istintaq hərəkətləri aparılır.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə News.am- a Ermənistanın İstintaq Komitəsindən məlumat verilib.

“Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə Cinayətlərin İstintaq Baş İdarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iştirakı ilə iki müxtəlif cinayət işi ilə əlaqədar İqtisadiyyat Nazirliyi və bir neçə nəfərin mənzillərində, ümumilikdə 15-dən çox yerdə axtarış aparılır”, – məlumatda deyilir.

İstintaq Komitəsindən bildirilib ki, zəruri hallarda təfərrüatlar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan KİV nazir müavini Ani İspiryanın saxlanıldığını yazır.