Erməni kilsəsinin siyasi mahiyyəti: Paşinyanın sülh çağırışına qarşıbackend

Erməni kilsəsinin siyasi mahiyyəti: Paşinyanın sülh çağırışına qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər zaman olduğu kimi bu gün də ermənilər dindən siyasi alət kimi istifadə edir. Çünki bu toplum heç vaxt din faktoruna səmimi yanaşmayıb.

Səmavi dinlərə nəzər saldıqda İslamda, xristianlıqda, yəhudilikdə insanlar ancaq sülhə səslənir. İsa Peyğəmbərlə bağlı rəvayətlərin birində deyilir ki, “əgər sənin bir yanağına kimsə vursa, digər yanağına da vursun”. Ona görə də, bütün səmavi dinlər sülhə çağırış üçün insanlar arasında dostluğu, mehribanlığı təşviq edir. Amma erməni kilsəsi özünün əsl mahiyyətindən uzaqlaşaraq siyasi mərkəz rolunda çıxış edir.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Komitə üzvünə görə, Ermənistanda kilsə kifayət qədər siyasiləşib: “Bura hər zaman azərbaycanlılara qarşı nifrəti körükləyən, təbliğ edən əsas mərkəzlərdən bir hesab edilir. Bunu Vətən Müharibəsində də açıq şəkildə görmək mümkün oldu. Erməni din xaidmləri hətta Qarabağa gələrək müharibə və mübarizə üçün çağırışlar edirdi. Bu bir daha onu göstərir ki, erməni kilsəsinin yaydığı və təşviq etməyə çalışdığı ideyalar həqiqin dindən qaynaqlanmır. Bundan istifadə edənlər də din adı altında başqa mətləblərə xidmət edir”.

Millət vəkili hesab edir ki, bu gün Ermənistanda Nikol Paşinyanın sülhlə bağlı etdiyi çağırışlar erməni xalqının gələcəyinə yönəlib: “Amma bu gün Ermənistanda sülhə qarşı olan askiyalarda erməni din xadimləri, kilsə aktiv yer alır. Məhz bu amil erməni kilsəsinin əsl mahiyyətindən xəbər verir”.

Ceyhun Məmmədovun fikrincə, erməni kilsəsi öz fəaliyyətini azərbaycanlılara, türklərə, müsəlmanlara qarşı nifrət üzərində qurmaqla əslində bölgədə yaranacaq sülh üçün başlıca əngəl törətməyə çalışır: “Əslində Ermənistanda olan din xadimləri əsl Allah sevgisi ilə hərəkət etsəydilər işğal dövründə Azərbaycana məxsus 67 məscidi, alban, xristian-pravoslav kilsəsini dağıtmazdılar. Bütün bunlar bir daha onu göstərir ki, erməni kilsəsi dindən uzaq tamamilə siyasi bir qurumdur. Onların yaydığı ideyalar nifrətə, revanşizmə, xalqlar, dinlər arası ədavətə xidmət edir”.