Bölgədə daimi sülhün təmin olunması üçün Azərbaycan uzun müddətdir diplomatik çərçivədə mübarizə aparır.
Ermənistan isə sülhə daha çox yaxınlaşmaqdan, Brüssel görüşündə humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, əksini nümayiş etdirir.
Son günlər bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törədirlər. Sentyabrın 12-də gecə saatlarında ermənilər tərəfindən sərhəddə yaradılan süni gərginlik, eyni zamanda ərazilərimizin yenidən minalanmasına cəhd də bunun sübutudur.
Ekspertlər hesab edirlər ki, bu, ermənilərin son çırpınışlarıdır. Azərbaycan Ermənistanı dəfələrlə sülhə dəvət etsə də, onlar israrla kötək istədilər. İndi isə hansısa ölkədən və ya beynəlxalq təşkilatdan yardım dilənmələrinin heç bir faydası olmayacaq.