Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDUbackend

Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xatırladaq ki, sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Ermənilər mövqelərimizi atəşə tutdubackend

Ermənilər mövqelərimizi atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə NOCOMMENThttps://nocomment.az-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.