Ermənilərdən sərsəm bəyanatbackend

Ermənilərdən sərsəm bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbçilərinin Ermənistan Milli Məclisinin bir qrup deputatını “Dağlıq Qarabağa” buraxmamasından dolayı narahatlıq hissi keçiririk”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Sözügedən hərəkət 2020-ci ilin üçtərəfli bəyanatına ziddir. Noyabrın 9-da qəbul edilən üçtərəfli bəyanatda Dağlıq Qarabağın Laçın dəhlizi ilə birlikdə Ermənistanla fasiləsiz əlaqəsi nəzərdə tutulub. Tərəfləri bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə, həmçinin öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

Hadisə ilə bağlı Ermənistan Milli Məclisinin sədr müavini, müxalif “Ermənistan” fraksiyasınınü üzvü İşxan Saqatelyan da bildirib ki, Ermənistan parlamentinin müxalif deputatlarının Qarabağa daxil olmasına rusiyalı sülhməramlılar tərəfindən icazə verilməyib.

Fraksiyasın digər nümayəndəsi Artur Kazinyan isə iddia edib ki, Qarabağa gedən şəxslərin siyahısı Azərbayana ötürülüb və Azərbaycan da siyahını Rusiya sülhməramlılarına təqdim edərək onların Qarabağa getməsinin qadağan olunmasını tələb edib.

Xatırladaq ki, ötən gün Qarabağa gəlmək istəyən erməni deputatlar sülhməramlılar tərəfindən geri qaytarılıb.