Ermənilərin Bərdəni atəşə tutması kameraya düşdü – VİDEObackend

Ermənilərin Bərdəni atəşə tutması kameraya düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı raket zərbələrindən birinin yaratdığı partlayışı yaxınlıqda olan nəzarət kameralarından biri lentə alıb.

NOCOMMENT musavat.com-a istinadən xəbər verir ki, görüntlərdən də aydın olur ki, raket zərbəsi insanların sıx olduğu, avtomobillərin hərəkət etdiyi yolun kənarındakı evlərdən birinin həyətinə düşüb.

Qeyd edək ki, 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq ermənilər Bərdədə mülki əhalini atəşə tutublar.

Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlardan ikisi uşaqdır.

Partlayış anının görüntülərini təqdim edirik: