Ermənilərin məhkəmə istintaqı başa çatdıbackend

Ermənilərin məhkəmə istintaqı başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.

NOCOMMENT apa-ya istinadla xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Sənədlərdə qeyd edilib ki, İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonun Ağbulaq kəndinin koordinatları müəyyən edilib. Həmin kənddən 40 km aralıda – Əyyublu kəndinin ərazisində Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin stansiyası mövcuddur.

İşxan Sarqsyanın telefonuna keçirilən baxış zamanı 2021-ci ilin may ayının 27-də Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndinin mina düzülmədən qabaqkı görüntüləri də aşkar edilib.

Daha sonra məhkəmə istintaqının başa çatdırıldığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 28-nə təyin edilib.