Ermənilərlə azərbaycanlılar nə vaxt barışacaq?backend

Ermənilərlə azərbaycanlılar nə vaxt barışacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət səngimək bilmir. Bu mənfi tendensiya Qarabağda yaşayan ermənilər arasında da müşahidə olunur.

Bəzi müşahidəçilər müharibədən sonra iki xalq arasında düşmənçiliyin azalacağını, gərginliyin tədricən yumşalacağını proqnozlaşdırırdılar. Yaxın vaxtlarda Azərbaycan və Erməni xalqları arasında hər hansı yaxınlaşma gözlənilirmi?

NOCOMMENT.az xəbər verir ki, sosioloq Əhməd Qəşəmoğlu Yenisabah.az-a açıqlamasında deyib ki, ermənilər uzun illər boyu bu cür formalaşdırılıb.

“Müharibədən sonra Space telekanalına verdiyim böyük müsahibədə bu məsələlərin hər birinə toxunmuşdum. Fikir versəniz görərsiniz ki, onlar yalnız torpaqlarımıza deyil, mədəniyyətimizə, musiqimizə, mətbəximizə və demək olar ki hər şeyimizə göz dikmişlər.

1970-ci il tələbə olduğum zaman kirayə qaldığım evin qonşuluğunda bir erməni qadın yaşayırdı. Bir gün o konyak içdikdən sonra mənim üstümə cumdu. O qonşuluğunda türkün yaşamasını istəmirdi. Onların tərbiyəsi budur, bu cür formalaşıblar.

Ermənilərə ruslar və Azərbaycanın zəifləməsini istəyən digər dövlətlər tərəfindən daima aşılanmışdır ki, “siz qəhrəman xalqsınız” , “siz güclüsünüz” və.s. Ermənilər hər zaman vasitəçi olub və ermənilərdən alət kimi istifadə edən qüvvələr hələ də razılaşa bilmirlər ki, onların Azərbaycanı parçalamaq, cənubi Qafqazı tamamilə xristianlaşdırmaq planları gerçəkləşə bilmir.

Mənim tövsiyəm ondan ibarətdir ki, heç bir zaman gözlməyin ki almanlarla rusların barışdığı kimi, ermənilərlə azərbaycanlılar barışacaq. Düzdür, tarixi şərait və iqtisadi vəziyyət onu göstərir ki, onlar istəməsələr də bunu edəcəklər. Bizimlə qonşu kimi yaşamağa məcburdurlar. Ancaq bir hər zaman nəzərə almalıyıq ki, bizim qonşumuz normal qonşu deyil.

Erməniləri qapı qonşuluğunuzda yaşayan ruhi xəstə bir insan kimi təsəvvür edin. Normal insan təfəkküründə olmayan bir qonşu ilə normal münasibət qurmaq qeyri-mümkündür. Ona görə də biz xəstə qonşumuzun xəstəliyini nəzərə alaraq addımımızı düzgün atmalıyıq”.