Ermənistada dizel və un bahalaşıbbackend

Ermənistada dizel və un bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son 12 ayda dizel yanacağı və un bahalaşıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

2021-ci ilin iyunundan 2022-ci ilin mayına qədər Ermənistanda dizel yanacağının faktura qiyməti (Ermənistana idxal olunan qiymət) 72-76% artıb.

Eyni zamanda, son 12 ayda dolların erməni dramına nisbətdə məzənnəsi 10-13% ucuzlaşıb.

Nəticədə dizelin orta pərakəndə satış qiyməti demək olar ki, 45% (44,86%) artaraq litri 457 dramdan 670-ə (hazırkı məzənnə ilə təxminən 1,6 dollar) yüksəlib.

O cümlədən, 2022-ci ilin mart ayında orta qiymət 563 dram, apreldə 612, may ayında 662, iyunda 670 dram təşkil edib.

Bundan əlavə, son 12 ayda (iyun 2021-ci il – iyun 2022-ci il) buğdanın faktura qiyməti 20-23%, dolların məzənnəsi 10,13% ucuzlaşıb, lakin Baqramyan un dəyirmanının unun pərakəndə satış qiymətləri 260 dramdan 310 drama qədər (75 sentdən bir qədər az) artıb.