Ermənistan Aqşin və Hüseyni nə vaxt Azərbaycana təvil verəcək?backend

Ermənistan Aqşin və Hüseyni nə vaxt Azərbaycana təvil verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsirlərin qaytarılması saatlar və ya günlər məsələsidir, bu, Ermənistan-Azərbaycan sərhədində baş tutacaq”.

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.
“Onlar Ermənistan sərhədini keçənə qədər, mən sizə məsləhət görürəm, adlarla bağlı şaiyələr yayamayın, çünki bu, əsirlərin qohumları üçün çətin ola bilər”, – S. Xandanyan bildirib.

Xatırladaq ki, ötən gün – dekabrın 7-də Azərbaycan və Ermənistan arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Bunun nəticəsi olaraq Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Yerli KİV Ermənistanın azad edəcəyi azərbaycanlı hərbçilərin Aqşin Bəbirov və Hüseyn Axundov olduğunu açıqlayıb.