Münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq – Paşinyanbackend

Münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.

Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır.