Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi İSTƏDİbackend

Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huitfeldtlə keçirdiyi brifinqdə deyib.

“ATƏT müşahidəçilərinin Ermənistan ərazisində yerləşdirilməklə Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”.

Hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyasına gəlincə, Mirzoyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq müdaxiləni gözləyir.

“Bu missiya sabit sülhün bərqərar olmasına töhfə verməlidir”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış sazişlərin həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına kömək məqsədilə, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması üçün KTMT müşahidəçilərindən istifadə imkanları müzakirə olunur.