Nikol qorxdu: Moskvaya səfərə hazırlaşır – Sensasion gəlişməbackend

Nikol qorxdu: Moskvaya səfərə hazırlaşır – Sensasion gəlişmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın 7 martda hakim “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə keçirdiyi qapalı toplantı barədə mediaya bəzi məlumat sızıb.

NOCOMMENT.az xəbər verir ki, erməni müxalif mediası qapalı toplantıda Paşinyanın Avropa Birliyinə üzvlüyə namizəd olmaq üçün müraciəti müzakirəyə çıxardığını iddia edib.

Bildirilib ki, bu müzakirə ciddi narahatlıqla müşahidə olunub. Deputatlardan bəziləri bu addımın Rusiyanı ciddi şəkildə qıcıqlandıracağı və Ermənistan üçün acı nəticələrə səbəb olacağını qeyd ediblər.

Xarici işlər naziri Ararat Mirzoyanın çıxışı isə bu narahatlığı daha da artırıb. O deyib ki, Ermənistan iqtisadiyyatı Rusiyadan kəskin şəkildə asılıdır və əgər hər hansı iqtisadi istiqamət dönüşü olarsa, İrəvan çıxılmaz vəziyyətdə qala bilər. Buna baxmayaraq, o, çıxışının AB istiqamətində atılan addımlara qarşı başa düşülməməsini istəyib, Ermənistanın yerinin AB-də olduğunu vurğulayıb.

Müzakirələrdən sonra Nikol Paşinyan kəskin dönüşdən yayınmaq, Rusiyanı qıcıqlandırmamaq, Avropa istiqamətini tədricən, Ermənistanın maraqlarına uyğun davam etdirmək barədə fikir söyləyib.

İclasda iştirak edən mənbənin sözlərinə görə, Nikol Paşinyan bir neçə gündür radikal qərarların tərəfdarı kimi çıxış edib. Belə ki, 7 martda keçirilən görüş 3-cü olub, bundan əvvəl partiyanın deputatları ilə bu mövzuda daha iki görüş keçirilib. Lakin iqtisadi təhlillərdən və real statistikadan sonra son iclasda fikrini dəyişib.

Mənbə bildirib ki, Paşinyan geri addım atmaq qərarına gəlib, hətta Rusiya ilə son vaxtlar yaşanan gərginliyi yumşaltmaq üçün Moskvaya səfər etmək niyyətini də dilə gətirib. O bildirib ki, Ermənistanın hazırkı kursunun davam etdirilməsi üçün Rusiyadan iqtisadi asılılığı tədricən azaltmaq lazımdır.