“Ermənistan-Azərbaycan münaqişəsi…” – Kremldən xəbərdarlıqbackend

“Ermənistan-Azərbaycan münaqişəsi…” – Kremldən xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan münaqişəsi mövzusu Rusiya daxilində zorakılıq və qarşıdurmalar üçün zəmin yaratmamalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.

“Mənə elə gəlir hüquq-mühafizə orqanlarımızın diqqətini cəlb etmək lazımdır ki, ölkə daxilində bu mövzu zorakılıq və hər hansı toqquşma üçün səbəb yaratmamalıdır”, – Medvedev söyləyib.

O qeyd edib ki, diasporlar da öz məsuliyyətlərini hiss etməlidirlər: “Əks təqdirdə, Rusiya qanunlarını pozanlar milliyyətindən asılı olmayaraq, Rusiya qanunlarına görə sərt məsuliyyət daşıyırlar. Əgər bu pozuntular xarici vətəndaşlar, hətta dost ölkələrdən olanlardısa, onlara başa düşülən tədbirlər tətbiq etməliyik, məsuliyyətin tətbiqi üçün başqa prinsiplər yoxdursa, ölkədən çıxarılmaları lazımdır”.
Teleqraf.com