Ermənistan dinc insanlara qarşı terror törətdiyini rəsmi etiraf etdi – VİDEObackend

Ermənistan dinc insanlara qarşı terror törətdiyini rəsmi etiraf etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Nazirinin baş müşaviri Vaqarşak Arutyunyan düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini məqsədli şəkildə artilleriya atəşlərinə məruz qoyduğunu etiraf edib.

NOCOMMENT xəbər verir ki, Ermənistan hökumətinin rəsmisi bu barədə Rusiyanın dövlət telekanalı “Rossiya 1”-ə müsahibəsində bildirib.

Vaqarşak Arutyunyan bunun Azərbaycan vətəndaşları arasında təlaş yaratmaq üçün edildiyini bildirib. Qeyd edək ki, Ermənistan rəsmiləri dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmalarını təkzib ediblər. Lakin Ermənistanın baş nazirinin baş müşaviri Vaqarşak Arutunyanın bu etirafı düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin məqsədli şəkildə hərbi cinayətlər törətdiyini sübuta yetirir.