Ermənistan dizel və benzin üçün Rusiyaya müraciət etdibackend

Ermənistan dizel və benzin üçün Rusiyaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Rusiya Federasiyasına dizel yanacağı və benzinin tədarükü üçün kvotanın artırılması ilə bağlı müraciət edib və bu, qismən təmin edilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Armenpress” agentliyinə məlumat verilib.

“İki ölkə hökumətləri arasında 2013-cü ildə Ermənistana təbii qaz, neft məhsulları və xam təbii almazın tədarükü sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən, Rusiya Federasiyası hər il üçün Ermənistana neft məhsullarının ixracı üçün indikativ kvotaları təsdiq edir. 2023-cü ilin oktyabrında benzin və dizel yanacağı üçün kvota tükənib və Ermənistan tərəfi kvotanın artırılması ilə bağlı müraciət edib və bu, qismən təmin edilib”, – departament qeyd edib.