Ermənistan indi də Ukraynaya tanklarını göndərdi – Fotobackend

Ermənistan indi də Ukraynaya tanklarını göndərdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Rusiya ordusunun ixtiyarında Ermənistana məxsus tankın olmasını təsdiqləyən foto yayılıb.

NOCOMMENT.az xəbər verir ki, fotonu araşdırmaçı jurnalist Elçin Alıoğlu yayıb.

Fotoda tankı üzərində olan Ermənistan bayrağının silindiyi, əvəzində rus bayrağı ilə döyüşə qatıldığı görünür.

Qeyd edək ki, Ermənistanın arsenalında olan 4 ədəd Su-30 qırıcısının da Ukraynaya göndərildiyini təsdiqləyən faktlar yayılmışdı. Türkiyənin “Haber Qlobal” kanalı qırıcıların uçuş marşrutunu, Rusiyaya necə göndərildiyini də peyk görüntülərinə istinadla tirajlamışdı.

Ermənistan isə Suriyadan gətirilən “əvəzedici” qırıcıları ölkədəki diplomatik korpusların hərbi attaşelərinə göstərməklə, məlumatı təkzib etməyə uğursuz cəhd göstərmişdi.