Ermənistan ordusunun hərbçisi itkin düşübbackend

Ermənistan ordusunun hərbçisi itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.

Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, – deyə nazirlikdən bildirilib.