Ermənistan ordusunun yüksəkrütbəli zabitləri həbs ediliblərbackend

Ermənistan ordusunun yüksəkrütbəli zabitləri həbs ediliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun iki yüksəkrütbəli zabiti həbs edilib. 

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Belə ki, həbs edilən yüksəkrütbəli zabitlər 44 günlük II Qarabağ müharibəsi zamanı hərbi qulluqçular arasında təşviş yaratmaqda və silahı yerə qoymağa təşviq etməkdə ittiham olunurlar.

Qeyd olunub ki, daxil olmuş materiallar əsasında polkovnik və polkovnik-leytenanta Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Hərbçilərin hər ikisi həbs edilib, cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa təqdim edilib.