Yaxın vaxtlarda Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçatryanın Moskvaya səfəri planlaşdırılır.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, səfərin məqsədi Qarabağ məsələsini, Rusiyanın bölgədəki mövcudluğunu müzakirə etməkdir.
“Hraparak” yazır ki, Rusiyanın müxtəlif yüksək rütbəli dairələri son hadisələrin fonunda Cənubi Qafqazda başqa ölkələrin güclənməsilə razılaşmaq fikrində, sülhməramlıları Qarabağdan çıxarmaq niyyətində olmadıqlarını bildirirlər.